Azərbaycanca

Ağır texnika

Ağır texnika nədir hansı işlərdə bizə kömək olur?Ağır texnikalar inşaat işləri yerinə yetirmək üçün xüsusi olaraq hazırlanmış , ən çox torpaq işləri və ya digər böyük tikinti tapşırıqlarını yerinə  yetirən ağır yük maşınlarıdır. Bu yük maşınlarının istifadəsi uzaq keçmişə dayanır, hətta qədim romada ağır yüklərdə kran əvəzləyicilər istifadfə olunurdu. Müasir dövrümüzdə texnikalar əl əməyinin yüngülləşdirilməsi, azaldılması istiqamətində böyük həcmli işlər görmüşdür. Məhz bu texnikalar sahəsində insanın bacara bilməyəcəyi və ya çox çətin bacaracağı işləri mümkün və asan etmişdir. Ağır texnika biz insanlar tərəfindən çətin kimi gördüyümüz ağır işlərin görülməsində istifadə edilir. Məsələn, bir insan üçün 200-500 kq yük qaldırmaq mümkünsüzdür. Və ya əl beli ilə daşlı yer qatını qazmaq mümkün deyildir. Məhz ağir texnikalarin vasitəsilə, bu işləri çox qısa müddətdə görür, həm sağlamlığımızı qorumuş olur, həm də zaman qazanmış oluruq. Ağır texnikanın növləri hansılardır?Günümüzdə ağir texnikalardan kifayət qədər istifadə olunur və buna yaranan tələb günü-gündən artmağa davam edir. Bu tələbi artmasında bir çox səbəblər mövcuddur. Məsələn, əhali sayının artması, yeni tikili mənzil, obyektlərə ehtiyacın artması, infrastrukturun daha yaxşı hala salınması, yeni faydalı qazıntı yatqlarının kəşf olunması, istehsalatda insan əməyinin minimuma endirililməsi kimi amillər ağır texnikanın istifadəsini artırmaqda davam edir. Məhz bu tələb nəticəsində zamanla yeni növ ağır  maşın texnikalar yaradılır və ya mövcud olan ağır texnikalar üzərində funksionallıq baxımından təkmilləşdirmə işləri aparılır.  Ağır texnikalarda funksionallığın və yük tutumu həcminin artması insan əməyinin minimum endirilməsinə səbəb olur.Günümüzdə ağır texnika növləri kimi traktorlar, qreyderlər, buldozerlər, ekskavatorlar, iş maşınları geniş istifadə olunur.Günümüzdə ağır Texnikanın icarəsiMəlum məsələdir ki, ağır texnikanın satınalma qiyməti daxili bazarda heç də ucuz deyil. Xarici ölkələrdən sifarişlə gətirsəniz belə, daşıma və və vergi qiymətləri yüksək olacaqdır. Onun üçün yenə də sizin üçün baha qiymətə başa gələcəkdir. Amma, buna baxmaraq bizim ölkəmizdə belə ağır texnikalar həm hüquqi, həm də fiziki şəxslərdə mövcuddur. Fiziki şəxslər öz ağır texnikalarını daha çox sifarişlə iş götürmə ilə istifadə edir. Ağır texnialara sahib olan şirkətləri 2 qrupa bölə bilərik. 1-ci qrup şirkətlər ağır texnikalarını öz daxili məqsədləri üçün istifadə edənlərdi. Məsələn, yol tikinti şirkəti ekskavator alaraq, yalnız öz daxili işləri zamanı ondan istifadə edir.  Və ya mənzil tikintisi şirkətinin aktivi olan kranı missal göstərə bilərik2-ci qrup şirkətlər isə, 1-dən fərqli olaraq məqsədləri bazalarında olan ağır texnikaları şirkətlərin qazma, tikmə kimi işlərində onların ehtiyaclarını qarşılamaq məqsədilə müvəqqəti müddətdə icarəyə verməklə məşğul olurlar. Bu ağır texnikalarından icarə necə olur?Ağır texnikaların icarəsi qısa müddətli və uzun müddətli ola bilər. Qısa müddətli isə bir neçə saatlıq, 1 günlük, 1 həftəlik və s. ola bilər. Uzun müddətli icarə zamanı isə texnika bir neçə ay, il icarəyə verilir. Ağır yük texnikaların icarəsi daha sərfəli başa gəldiyi üçün bir çox şirkət bu yoldan istifadə edərək, təmir, tikinti, qazma və s. işlərini görür. Ağır texnikanın icarəsi qanunvericiliklə tənzimlənir və tərəflər vergiyə cəlb olunur. Ağır texnikanın icarəyə verilməsi bizim ölkədə də geniş yayılmışdır və bu sahədə spesifikləşən şirkətlər mövcuddur. Smer məhz ağır texnikaların icarəsini həyata keçirən başlıca şirkətlərdən biridir. Bu gün Azərbaycan bazarında böyük brendlər məhz ehtiyacı olan ağır texnikaların icarəsi üçün Smerlə əməkdaşlıq edirlər. Ağır texnikaların icarəsində Smerin müştəriləri günü-gündən artmağa davam edir və müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər Smerlə əməkdaşlıq etməyə maraqlı olar. 

Partnyorlar
Haqqımızda
SMER müxtəlif texnikaların icarəsi ilə məşğuldur. Sizə lazım ola biləcək hər nov insaat avadanlığı ve texnikasininin çatdırılmasını bizə etibar edin.Beləliklə siz həm vaxtınızı qanaət etmiş,həm də fikrinizi əsas işinizə yönəltmiş olursuz.
Əlaqə
Əhməd Rəcəbli 2/28, Bakı, Azərbaycan
7/24
+994 (51) 900-9000, +994 (10) 260-6446