Azərbaycanca

Texnika Icaresi

Texnika İcarəsi nədir? 

Texnika icarəsi hər hansı məşğuliyyət üçün texnikanın icarə, razılaşma yolu ilə maddiyyat qarşılığında  müəyyən şəxs və ya şirkətlərdən əldə  olunmasıdır. Yəni, bizə hər hansı bir iş üçün hansısa texnika lazımdırsa, biz həmin texnikanın özünü baha qiymətə almaqdansa, ucuz qiymətə müəyyən müddət daxilində icarəyə götürürük. Texnika icarəsinin müddəti saatlara, günlərlə, həftələrlə, aylarla razılaşdırıla bilər. 


Texnika icarəsini də istifadə təyinatına görə fərqləndirə bilərik. Məsələn inşaat-tikinti işlərində istifadə olunan texnika, kənd təsərrüfatında istifadə edilən texnika, maldarlıqda istifadə olunan texnika, istehsal fəaliyətində tətbiq olunan texnika, insanların əl əməyinin azaldılması istiqamətində məişətdə istifadə edilən texnika, hərbidə istifadə olunan texnika və s. istiqamətlərə bölə bilərik. 

Texnika icarəsi də biznes fəaliyyəti olub, maddi mənfəəti güddüyü üçün dövlət tərəfindən qazanc əldə edən tərəfdən vergi tutulur. Müvafiq olaraq bu məsələ Azərbaycan respublikasının qanunvericiliyi əsasında Vergilər məcəlləsində tənzimlənir. Tərəflər arasında texnikanın icarəsi ilə bağlı “icarə müqaviləsi” imzalanır. Bu müqəviləyə tərəflərin hər ikisi imza ataraq götürdükləri öhdəlikləri həyata keçirirlər.

Texnika icarəsi, şübhəsiz ki, 21-ci əsrin yox, daha əvvələrin anlayışıdır. Məsələn 20-ci əsrin əvvəllərində Jeo adlı gənc avtomobil icarəsi üçün şirkət açmışdı. Daha əvvəllər isə 19-cu əsrdə neft emalı, quyularının qazılması üçün texnika çatışmazlığı səbəbindən lazım olan texnikalar icarəyə götürülürdü. 


Texnika icarəsi zaman baxılması və diqqət edilməsi gərəkən nüanslardan ən vacibi texnikanın sağlam olub əlavə qırıq, sınıqlarının olmamasına diqqət edilməlidir.Texnikanın icarəsi zamanı icarəçinin səlahiyyətli şəxsinin yanında işləkliyi yoxlanılıb təhvil alınmalıdır.  Bunu etmədiyiniz təqdirdə, sizin səbəbkarı olmadığınız bəzi hadisələr, sizin üzərinizdə qala bilər. Bu da əlbəttə ki, sizə əlavə xərclərə səbəb olacaqdır. Məsələn sizin kənd təsərrüfatı işlərinizdə şumlama işlərini həyata keçirmək üçün “Belarus” markalı texnika icarəyə götürürsünüz. İcarə zamanı texnika kotanının sağlamlığını yoxlamadığınız üçün sınaq dəmir parçasını görmürsünüz. Məlumdur ki, daha öncə də həmin traktor başqa şəxs tərəfindən icarəyə götürülüb və qaytarıldıqda həmin sınıq diqqətdən qaçıb. Və siz həmin texnika zamanı bu qırıq dəmir parçası böyüyərək kotandan ayrılır. O zaman siz onu alıb qaytarmalı olursunuz, bu da sizin üçün əlavə xərc olacaq.

Dünyada olduğu kimi Azərbaycanda da texnika icarəsi ilə məşğul olan şirkətlər var. Bu şirkətlər daha çox istifadə təyinatına görə fəaliyyət göstərir. 




Partnyorlar
Haqqımızda
SMER müxtəlif texnikaların icarəsi ilə məşğuldur. Sizə lazım ola biləcək hər nov insaat avadanlığı ve texnikasininin çatdırılmasını bizə etibar edin.Beləliklə siz həm vaxtınızı qanaət etmiş,həm də fikrinizi əsas işinizə yönəltmiş olursuz.
Əlaqə
Əhməd Rəcəbli 2/28, Bakı, Azərbaycan
7/24
+994 (51) 900-9000, +994 (10) 260-6446