Azərbaycanca

Traktor icarəsi

Traktorların günümüzdə önəmiMüasir dövrümüzdə müxtəlif tikinti, təmir, qazma, kənd təsərrüfatı işlərində traktorlardan geniş istifadə olunur. İnsan əməyinin azaldılması, çətin və mümkünsüz işlərin reallaşmasında traktorlarların rolu böyükdür. Məhz bu traktorlar vasitəsilə bizim işlərə xərclədiyimiz zaman ən minimuma düşmüş olur. Traktorların ən çox istifadə edildiyi sektorlardan biri də kənd təsərrüfatıdır. Burada istifadə edilən traktorlar müxtəlif əkin işlərinin yerinə yetirilməsinda rol oynayır. Bu gün iqtisadiyyatın inkişafı, ölkənin xarici idxal asılılığının azalıb ixraca üstünlük verilməsində kənd təsərrüfatının inkişafı vacibdir. Kənd təsərrüfatının inkişafında torpaqların şumlanması, malalanması, toxumun səpilməsi kimi mövsümi işlər rol oynayır və  bunu da müxtəlif traktorlara qoşulan qurğular vasitəsilə həyata keçirilir. Məsələn, torpağı şumlama dövründə traktorlara kotan, toxumu torpağa qarışdırmaq üçün kotan və toxumu biçimi zamanı kanka kimi texnika qurğularından istifadə edilir. Əlbəttə ki, traktorlar təkcə kənd təsərrüfatı sahəsində geniş yayılmayıb. Məsələn, bəzi traktor növləri sadəcə təmir üçün bəziləri yol infrastrukturunun düzəldilməsi üçün yaradılmışdır.İlk Traktorların yaranması 19-cu əsrin əvvələrinə müxtəlif işləri görmək üçün mühərriklər yaranmışdı. 19-cu əsrin 2-ci yarısında isə darta mühərrikləri daha da inkişaf etmişdir və nəticədə traktorların yaranmasına səbəb olmuşdur. İlk dəfə 1892-ci ildə ABŞ-da  John Froelich tərəfindən ilk benzinlə işləyən traktor yaradıldı və dəral istehsalına başlanıldı. Həmin şəxs patenti aldıqdan sonra bunu varını traktor istehsalına yatırsa da uğursuz oldu və iflas etdi. Daha sonra isə İngiltərədə ilk neft mühərrikli traktorun əsası qoyuldu.  Bu traktor bir bir şirkət tərəfindən satın alınaraq 1897-ci ildə ilk satışlarına başladılar. Ticarətdə ilk uğurlu ümumi təyinatlı və yüngül benzinlə işləyən traktor 1901-ci ildə ingilis ixtiraçısı Dan Albone  tərəfindən yaradıldı. Bu traktora ilk əvvəllər “kənd təsərrüfatı motoru” adı verilmişdi. Daha sonralar “traktor” adı ümumiləşməyə başladı.Traktor konfiqurasiyalarıTraktorlar, ümumiyyətlə, iki təkərli traktorlar (tək oxlu traktorlar) və dörd təkərli traktorlar (iki oxlu traktorlar) olmaqla, ox və ya təkər sayına görə təsnif edilə bilər. Bu oxların daha çox olması mümkündür, lakin praktikada nadir istifadədədir. Dörd təkərli traktorlar arasında (iki oxlu traktorlar), əksəriyyəti iki təkərlidir (ümumiyyətlə arxa tərəfdə )Dörd təkərli traktorlar 1960-cı illərdə meydana çıxmağa başladı. Bəzi dörd təkərli kiçik traktorlara xas olan standart "iki böyük, iki kiçik" konfiqurasiyası var. Bəzilərində isə dörd böyük və güclü təkər olur. Daha böyük traktorların arxa tərəfində ayrıca sürücünün olmaması ilə arxa tərəfini irəli hərəkətə gətirən hidrolik silindrlər tərəfindən idarə olunan, mərkəzi menteşeli bir dizaynl var.21-ci əsrin əvvəllərində, oynaqlı və ya oynaqsız, idarəolunan çox funksianallı traktorlar meydana gəlmişdir. Caterpillar tipini təsərrüfat üçün böyük ölçüdə istifdadə edilmişdir.  Traktorların yanacaq növüTraktorların yanacaq növləri fərqlidir.Benzin və kerosin: 20-ci əsrin əvvəllərindən etibarən daxili yanma mühərrikləri seçim güc mənbəyidir. 1900-1960-cı illər arasında benzin üstünlük təşkil edirdi, kerosin və etanol isə ümumi yanacaq alternativləri idi. Dizel: 1960-cı illərdən başlayaraq istifadəsi yayılmağa başladı və müasir təsərrüfat traktorlarında dizel mühərrikləri işlədilir . Çəmən biçmək , yaşıllaşdırma, meyvə bağları və yük maşınları və onlardan daha kiçik traktorlarda istifadə olunur.Traktorların icarəsiBu gün ölkəmizdə müxtəlif məqsədli işlərin həyata keçirilməsi üçün traktorlar icarəyə verilməkdədir. Digər icarə işləri kimi traktor icarəsi də qanunvericiliklə tənzimlənir. Traktorların icarəsi müxtəlif fiziki və hüquqi şəxslərə müəyyən müddətdə icarə haqqı qarşılığında verilir.  Ölkədə sahibkarlığın inkişafı üçün dövlət sahələrdə tənzinləmələr aparmaqdadır. Məsələn, dövlətin kənd təsərrüfatında apardığı islahatlar nəticəsində texnika alışı və ya texnika, traktor icarəsi zamanı müxtəlif vergi güzəştləri həyata keçirilir. Adətən traktorlar müvəqqəti və mövsimi işlər üçün lazım olduğundan sahibkarlar satın almaqdan daha çox icarəyə götürməyə çalışırlar. Bunun da başlıca səbəbi traktor icarəsinin daha ucuz qiymətə başa gəlməsidir. Kənd təsərrüfatının, təmir, tikinti işlərinin artması ilə texnika icarəsinə günü gündən maraq və tələb artmaqda davam etməkdədir. Texnika və traktorların icarəsi ilə spesifikləşmiş şirkətlərdən biri də Smerdir. Bu gün texnika icarəsi ilə ölkə brendləri Smerlə əməkdaşlıq etməkdədir. 

Partnyorlar
Haqqımızda
SMER müxtəlif texnikaların icarəsi ilə məşğuldur. Sizə lazım ola biləcək hər nov insaat avadanlığı ve texnikasininin çatdırılmasını bizə etibar edin.Beləliklə siz həm vaxtınızı qanaət etmiş,həm də fikrinizi əsas işinizə yönəltmiş olursuz.
Əlaqə
Əhməd Rəcəbli 2/28, Bakı, Azərbaycan
7/24
+994 (51) 900-9000, +994 (10) 260-6446